“Telegram” messenceri şəxsi söhbətlər üçün moderasiyanı aktivləşdirib.
“İki sahil” xəbər verir ki, “RİA Novosti” şirkətin saytındakı məlumata istinadla bu haqda məlumat yayıb.
Saytın tez-tez verilən suallar səhifəsinin saxlanmış nüsxəsində qeyri-qanuni məzmuna dair paraqrafda əvvəllər bütün Telegram çatlarının onların iştirakçıları üçün özəl olduğu və platformanın “onlarla bağlı heç bir sorğunu emal etmədiyi” bildirilmişdi.
Bölmənin yenilənmiş səhifəsində deyilir: “Bütün Telegram proqramlarında qanunsuz məzmunu moderatorlarımıza bildirə biləcəyiniz “Hesabat” düymələri var.
Qanunsuz məzmunu silmək üçün [email protected] ünvanına yazmalısınız, bundan sonra moderatorlar sorğuya baxacaqlar. Bundan əvvəl Telegram-ın yaradıcısı Pavel Durov bildirmişdi ki, messencerdən cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizə onun şəxsi məqsədidir.