"Bizim ölkmizdə ağıllı adamlar olduğu kimi səfeh adamlar da var. Əvvəllər ağıllı adamları hamı tanıyırdı. Çünki onlar televiziyaya çıxırdı, mətbuatda görünürdülər. Ağıldankəm adamların isə belə şansı olmurdu. Çünki təbliğat tribunaları onların üzünə qapalı idi. Belə insanları ancaq qohumları, qonşuları, yaxın adamları tanıyırdı".
Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.
Seymur Verdizadə sözlərinə belə davam edib: "Sosial şəbəkələr yaranandan və məşhurlaşandan sonra hamının özünü göstərməsi üçün bir platforma ortaya çıxdı. "Facebook", "İnstaqram", son vaxtlar isə "TikTok" insanların ən çox axın etdiyi platformalar sayılır. Bu platformalar insanlara özlərini təsdiq etmək, tanıtmaq, potensiallarını üzə çıxarmaq üçün şans verdi. Və nəticədə insanlar burada görünməyə, daha dəqiq desək özlərini göstərməyə başladılar. Bu, kifayət qədər ağırılı mərhələ oldu. Kimin nəyi varsa, göstərməyə başladı. Ağlı olan ağlını, vücudu olan vücudunu göstərdi. Ağıldan kəm, xarici görünüşdən kasad olanlar isə özlərini təlxəkliyə qoymaqla diqqəti cəlb etmək istədilər. Deyərdim ki, öz məqsədlərinə müəyyən qədər nail ola bildilər. vakansiya
Sözsüz ki, TikTok-da ağıllı, savadlı adamlar da var. Amma onlar təlxəklərin kölgəsində qalırlar. Bu gün TikTok-da ən çox izlənilən adamlar özlərini qeyri-ciddi aparan, cəmiyyətə heç bir yararı olmayan şəxslərdir. Buna görə də TikTok sürətlə ciddi platforma olmaqdan çıxır".
Telegram kanalımız