AZ

Bayden 6 milyardlıq yardımla bağlı təcili danışıqlara başlayıb -"Reuters"

ABŞ prezidenti Cozef Bayden administrasiyası sentyabrın 30-a qədər Ukraynaya 6 milyard dollarlıq hərbi yardımın istifadəsinə icazə vermək üçün Konqreslə təcili danışıqlar aparır.

Bu barədə "Reuters" məsələ ilə tanış olan rəsmilərə istinadən yazıb. Qeyd olunub ki, bu proses Rusiyanın Kursk vilayətində irəliləyən Ukrayna qoşunları üçün yüksək riskli bir vaxtda həyata keçirilir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

Seçilən
23
news365.az

1Mənbələr