AZ

FAO 2024-cü ildə buğda istehsalı proqnozunu artırır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2024-cü ildə dünya buğda istehsalı ilə bağlı proqnozunu, həmçinin rekord səviyyəyə çatacaq çəltik proqnozunu artırıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu məlumat baş ofisi Romada yerləşən təşkilatın taxıl tədarükü və təklifinin yeni icmalında yer alıb.

Məlumata görə, 2024-cü ildə qlobal taxıl istehsalının ümumi proqnozu ilk növbədə Avropa İttifaqı, Meksika və Ukraynada isti və quraq hava şəraiti ilə əlaqədar qaba taxıl, o cümlədən qarğıdalının məhsuldarlığının aşağı düşməsi ilə əlaqədar bir qədər azaldılıb.

Qlobal taxıl ehtiyatlarının 2025-ci il mövsümünün sonunda 1,2% artaraq 2024/25-ci illərdə qlobal taxıl ehtiyatlarının istehlaka nisbətini 30,7%-ə çatdıracağı proqnozlaşdırılır.

Taxılın ümumi beynəlxalq ticarətinin 2023/24-cü illə müqayisədə 3,3% az olacağı gözlənilir ki, bu da əsasən istehsalın azalması səbəbindən qaba taxıl ticarətinin aşağı düşməsi ilə nəticələnəcək.

Seçilən
104
1
iqtisadiyyat.az

2Mənbələr