AZ

Rəşad Vəliyev rəis TƏYİN OLUNDU

Azərbaycan Su Ehtiyyatları Aganetliyinin Şəmkir rayonunda fəaliyyət göstərən Maşın-Kanalı İstismarı İdarəsinə yeni rəis təyin olunub.  

Manset.az-ın məlumatına görə, müvafiq əmrlə bu posta Rəşad Vəliyev təyinat alıb. Vəliyev buna qədər həmin idarədə müxtəlif vəzifələrdə çalışıb. 

Şəmkir Maşın-Kanalı İstismarı İdarəsi qərb bölgəsində mövcud olan strateji obyektlərdən biridir.  Şəmkirçay  Su Anbarının istismarını təşkil edən idarə  Şəmkir rayonu ilə yanaşı, Göygöl, Samux və Goranboy rayonlarında əkin sahələrinin suvarılmasında əsas su mənbəyidir. Həmçinin Şəmkir şəhərinin və  Gəncə şəhərinin bir hissəsi bu dəryaça vasitəsi ilə içməli su ilə təchiz olunur. 

Qeyd edək ki, idarənin əvvəlki rəisi  Vaqif Məmmədov bir müddət əvvəl  yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.

Seçilən
185
16
manset.az

10Mənbələr