Belə ki, Hunter bir dəfə vergidən yayınma, iki saxta vergi bəyannaməsi təqdim etmə, dörd vergi ödəməmək və iki dəfə vergi bəyannaməsini təqdim etməməkdə günahlandırılır.
Los-Ancelesdə rayon hakimi Mark Skarsi onun vəsatətini qəbul edib. Hökm dekabrın 16-na təyin edilib.
Prezidentin oğlunu bu yayınmalara görə 17 il həbs gözləyir.
Bu ilin əvvəlində Hunter Bayden Delaver ştatının Wilmington şəhərində üç federal silah ittihamı ilə artıq məhkum edilmişdi.
Bu işdə mümkün olan ən ağır cəza 25 il həbs və 750 min dollar cərimədir.
Bu iş üzrə hökm noyabrın 13-də verilməlidir.
Prezident Joe Biden dəfələrlə oğlunu heç bir işində əfv etməyəcəyini və "hüquqi prosesə hörmət etməyə davam edəcəyini" söyləyib.
Aytac
www.anews.az