AZ

Bakıda bibisi qızına təcavüz etmək istəyən kişi həbs edildi

Sentyabrın 2-də Bakı şəhər Nərimanov rayonu ərazisindəki mənzillərdən birində bibisi qızına təcavüz etmək istədiyi bildirilən 38 yaşlı kişi həbs edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə ərizə ilə müraciət edən gənc qız dayısı oğlu, 1986-cı il təvəllüdlü Elvin Zeynalovun o hamamda yuyunarkən içəri daxil olduğunu bildirib. Şikayətçi qeyd edib ki, qışqırmağa başladıqdan sonra yaxın qohumu hamam otağını tərk etməyə məcbur olub:

“Elvin mənim dayım oğludur. İşdən gələn zaman axşam vaxtı hamama girdim. Anamın evdə olduğunu düşündüyüm üçün rahat idim. Gözüm şampunlu olduğundan heç nə görmürdüm. Bu zaman Elvin hamam otağına daxil olaraq mənim çiynimdən tutdu, səsimi çıxarmamağımı bildirdi. Bu hal artıq ikinci dəfədir baş verir.Mən qışqıranda Elvin qaçdı. Elvindən şikayətçiyəm, onun həbs edilməsini tələb edirəm”.

Şikayətçinin müraciəti əsasında Elvin Zeynalov barəsində araşdırmalara başlanılıb və o saxlanılıb.

Məlum olub ki, Elvin narkotik vasitə istifadəçisidir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri əsasında protokol tərtib edilib və Nərimanov rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə Elvin törətdiyi əməli qismən etiraf edib:

“Doğrudur Ülviyyənin (şərti adlı) hamam otağına daxil olmuşam və daha sonra çıxmışam. Narkotik vasitədən 2 gün əvvəl istifadə etmişdim. Daha öncə bir neçə həftə əvvəl də barəsimdə inzibati həbs edilməyə dair qərar qəbul edilmişdi. İnzibati həbsdən yeni azad edilmişəm”.

Məhkəmənin 3 sentyabr tarixli qərarı ilə Elvinə 2 ay müddətinə inzibati həbs cəzası verilib.

O, 60 sutkalıq cəzasını çəkmək üçün müvafiq müəssisəyə göndərilib.

Kərim Abbaszadə

Seçilən
106
1
bakivaxti.az

2Mənbələr