Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo karyerası ərzində dünya çempionatının qalibi ola bilməməsindən danışıb.
QOL.az xəbər verir ki, 39 yaşlı hücumçu 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olmasını dünya çempionluğu ilə bərabər səviyyədə hesab etdiyini deyib:
“Portuqaliya millisinin Avro-2016-dakı qələbəsi dünya çempionluğuna bərabərdir. Bu, mənim üçün kifayətdir. Məni həvəsləndirən odur ki, mən futboldan həzz alıram və rekordlar öz-özünə gəlir. Mən rekordlar arxasınca getmirəm, onlar məni təqib edirlər”.
Qeyd edək ki, 39 yaşlı hücumçu 2003-cü ildən Portuqaliya millisində oynayır. Bu müddət ərzində o, bütün turnirlərdə 213 matça çıxıb, 131 qol vurub, 45 qolun ötürməsini verib. Avro 2016-da Ronaldo 7 oyun keçirib, 3 qol vurub və 3 qol ötürməsi edib.