Bakı. Trend:
3-5 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Ərzaqvə Kənd Təsərrüfatı Təşkilatının (FAO) - Türkiyə TərəfdaşlıqProqramı (FTTP) çərçivəsində FAO - Mərkəzi Asiya üzrə SubregionalOfisinin nümayəndələri və Türkiyə Kənd Təsərrüfatı və MeşəNazirliyinin Kənd Təsərrüfatı Araşdırmaları və Qida Nəzarəti Başİdarəsinin mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycandabitki sağlamlığı sahəsində inkişafa dəstək vermək məqsədiləölkəmizə səfər edib.
Trend xəbər verir ki, səfər zamanı təşkil olunan iki günlükseminarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) vəKənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi (AXA) iləEkologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri iştirakedib.
Səfər müddətində mütəxəssislər bir sıra texniki görüşlərdəiştirak etməklə, istixanaları ziyarət edib, təcrübələrini bölüşübvə bitki sağlamlığı ilə bağlı fövqəladə hazırlıq və idarəetməprosesini nəzərdən keçirib. Bununla yanaşı, FAO-nun Ankara və Bakıofisinin mütəxəssisləri AQTA-ya bitki sağlamlığı ilə bağlısənədlərin hazırlanmasında dəstək göstəriblər.
Səfər zamanı, xüsusilə tərəvəz virus xəstəliklərinin yayılmasıilə bağlı fövqəladə hallarda yerli, sərfəli və sınaqdan keçmişinkişaf həllərinin təşviqi məqsədilə atılacaq addımlar ilə bağlıbir sıra görüşlər və müzakirələr aparılmışdır.
Qeyd edək ki, bu addımlar Türkiyə təcrübəsinin benefisiarölkələrdə tətbiq edilməsinə və Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıqmodeli vasitəsilə digər layihə və fəaliyyətlərin təsirini artırmağayönəlmiş Cənub-Cənub Əməkdaşlığı Layihəsi çərçivəsində həyatakeçirilir.
Mütəxəssislər, həmçinin institusional strukturların,potensialların, strategiyaların və proqramların qiymətləndirilməsi,fövqəladə halların idarəedilməsi, qarşısının alınması və cavabtədbirləri planları, zərərvericilərin risklərinin analizi və FTPPlayihəsi çərçivəsində hazırlanmış buğda pası xəstəliklərininqarşısının alınması və idarə olunması üzrə Azərbaycanın stratejiproqramının və fövqəladə planının nəzərdən keçirilməsi vəyoxlanılması ilə bağlı müzakirələr aparıb və təcrübələrinibölüşüb.
İki günlük seminarın açılışında AQTA-nın İdarə Heyətinin rəhbəriElxan Mikayılov, FAO-nun Azərbaycandakı nümayəndəsinin müaviniBariz Mehdiyev, Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin kəndtəsərrüfatı üzrə müşaviri Hakan Kalender və FAO-nun TürkiyəOfisinin Kənd Təsərrüfatı üzrə Mütəxəssisi Fazil Düşüncəli çıxışedib. Seminar zamanı Türkiyə Respublikasının Kənd Təsərrüfatı vəMeşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin bitki sağlamlığıüzrə mütəxəssisi Hasenem Ertaş, Aqrar Araşdırmalar Baş İdarəsindənPelin Keleş Öztürk və Ferhan Morca təlim sessiyaları keçirib.
Tədbirin sonunda, iştirakçılar, seminarın və ziyarətlərinTürkiyə və Azərbaycan arasında bitki sağlamlığı və qidatəhlükəsizliyi sahəsində gələcək əməkdaşlığa töhfə verəcəyiniəminliklə vurğulayıb.
FAO-Türkiyə Tərəfdaşlıq Proqramının məqsədləri qidatəhlükəsizliyini təmin etmək, kənd təsərrüfatında yoxsulluğununazaldılması və davamlı meşə idarəçiliyinə dəstək vermək, səhralaşmailə mübarizə aparmaq və Azərbaycan, Qazaxıstan, Qırğızıstan,Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla,qarşılıqlı maraq doğuran digər ölkələrdə ekosistemləriqorumaqdır.
2007-ci ildə yaradılmış FAO-Türkiyə Ərzaq və Kənd Təsərrüfatıüzrə Tərəfdaşlıq Proqramının (FTPP) birinci mərhələsi Türkiyəhökumətinin 10 milyon ABŞ dolları məbləğində etimad fondutərəfindən maliyyələşdirilməklə və Kənd Təsərrüfatı və MeşəNazirliyi tərəfindən icra olunub. 2009-2015-ci illəri əhatə edənproqramın birinci mərhələsi 16 ölkədə 28 layihə həyata keçirib.
2014-cü ildə Türkiyə və FAO FTTP-nin ikinci mərhələsinə vəFAO-Türkiyə Meşəçilik Tərəfdaşlıq Proqramının (FTMP) birincimərhələsinə əlavə olaraq 20 milyon ABŞ dolları məbləğində maliyyəilə başlamışdır ki, bu da Türkiyənin ümumi töhfəsini 30 milyon ABŞdollarına çatdırıb.