AZ

Beş güləşçimiz Dünya çempionatında mübarizəyə start verir

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

Yarışın 5-ci günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.

Millimizin 5 üzvü xalça üzərinə çıxacaq.

U-20 dünya çempionatı

Sərbəst güləşi

Təsnifat mərhələsi

57 kq

Bəşir Verdiyev ilk görüşündə Kayo Duarteni (Braziliya) sınağa çəkəcək.

65 kq

Ayxan Abdullazadənin rəqibi Daniel Marian Sandu (Rumıniya) olacaq.

70 kq

Ramik Heybətov ukraynalı Bohdan Olenyuk ilə üz-üzə gələcək.

79 kq

Emin Qocayev Adilet Nubekoviçdən (Qırğızıstan) güclü olmağa çalışacaq.

1/8 final

97 kq

Xetaq Karsanovun ilk görüşdə rəqibi Aytenir Maksatovla (Qırğızıstan) qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması mundialda bir gümüş, üç bürünc medal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü olaraq tamamlayıb. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
oxu.az

1Mənbələr