Bu ilin oktyabrında Bakıda milli insan hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 6-da Bakıda keçirilən "Hüquq və iqlim" adlı beynəlxalq konfransın açılış mərasimində deyib.
Onun sözlərinə görə, COP29-a həsr olunmuş tədbirə dünya dövlətləri və beynəlxalq təşkilatların rəhbər şəxsləri qatılacaq, iqlim dəyişikliyi də müzakirə ediləcək.
Mətləb