AZ

Rusiyanın federal büdcəsinin neft və qaz gəlirləri bu il 56%-dən çox ARTDI

Bu ilin yanvar-avqust aylarında Rusiya Federasiyasının federal büdcəsinə neft və qaz gəlirləri üzrə 7,6 trilyon rubl (Azərbaycan Mərkəzi Bankının bu günə olan məzənnəsinə əsasən 146 mlrd. 680 mln. manat) daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% çoxdur.

 

Sfera.az xəbər verir ki, bu barədə “TASS” Rusiyanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

 

Məlumata əsasən, budcənin qeyri-neft-qaz gəlirləri illik müqayisədə 27,3% artaraq 15,47 trilyon rubl (298 mlrd. 571 mln. manat) təşkil edib.

Seçilən
36
2
sfera.az

3Mənbələr