AZ

Fabio Silva “Vulverhempton”u “Las Palmas”a dəyişdi

İngiltərənin “Vulverhempton” klubunun portuqaliyalı hücumçusu Fabio Silva icarə müqaviləsi əsasında “Las Palmas”a keçib.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

La Liqa təmsilçisi 22 yaşlı forvardı bu mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə futbolçunun transfer hüquqlarının alınmasına dair şərt nəzərdə tutulmayıb.

Fabio Silva “Portu” və “Benfika” klublarının futbol akademiyalarında yetişib. “Vulverhempton” onu 2020-ci ilin sentyabrında 40 milyon avroya “Portu”dan transfer edib. Fabio İngiltərə klubunun heyətində 72 oyuna çıxıb, 5 qol və 6 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Anderlext”, “Reyncers”, PSV kimi klublarda da icarədə çıxış edib.

Fabio Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Las Palmas” Lissabon “Sportinq”inin yarımmüdafiəçisi Dario Essuqonu da bir mövsümlük icarəyə götürüb. 19 yaşlı portuqaliyalı dayaq yarımmüdafiəçisi 2025-ci ilin 30 iyununadək La Liqa təmsilçisində forma geyinəcək.

Dario Essuqo “Sportinq”in öz yetirməsidir. O, Lissabon təmsilçisinin əsas komandasında 25 oyun keçirib. Yarımmüdafiəçi ötən mövsümdə “Şaveş”də də icarədə olub.

Fabio kimi, Dario da Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında çıxış edib, amma hələ əsas millidə debüt etməyib.

“Las Palmas”ın qvineyalı hücumçusu Sori Kaba da “Elçe”yə icarəyə verilib. Qvineyadan olan 29 yaşlı forvard bu mövsümün sonunadək icarədə olacaq.

Sori Kaba peşəkar karyerasına “Alkobendas”da başlasa da, 2016-2019-cu illər aralığında məhz “Elçe”də çıxış edib. Daha sonra o, “Dijon”, “Midtyulland”, “Leuven”, “Kardiff Siti” kimi klublarda forma geyinib. “Las Palmas”a 2023-cü ilin yayında avqustunda 1,5 milyon avro müqabilində keçmiş hücumçu 20 oyuna cəmi 2 qol və 1 assist müəllifi olub. O, 2017-ci ildən formasını geyindiyi Qvineya yığmasında da 20 oyun keçirib (3 qol, 2 assist).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
arena.az

1Mənbələr