AZ

Yoldan çıxan avtomobil aşıb:5 nəfər xəsarət alıb-FOTO

Türkiyənin Balıkəsir vilayətinin Gönen rayonunda yad cismin hərəkətdə olan avtomobilə dəyməsi nəticəsində baş verən yol qəzasında 5 nəfər yaralanıb.

Avtosfer.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yoldan çıxan avtomobil aşıb və dayanıb. Qəza nəticəsində avtomobilin sürücüsü ilə birlikdə avtomobildə sərnişin olan 4 nəfər yaralanıb.

Axtarış-xilasetmə qrupları tərəfindən avtomobildən çıxarılan yaralılar hadisə yerinə gələn təcili yardım qrupları tərəfindən xəstəxanaya çatdırılıb.

Yaralıların ümumi vəziyyətinin stabil olduğu bildirilir.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
avtosfer.az

1Mənbələr