AZ

Trampın prezidentliyi dönəmində Ukraynanın gələcəyi belə olacaq

Donald Tramp ABŞ prezidentliyinə qayıdacağı təqdirdə Qərb dünyası üçün həqiqətən epoxal hadisələr baş verəcək.

Publika.az xəbər verir ki, bu barədə avropalı ekspertlərin “Foreign Affairs” jurnalında dərc olunmuş məqaləsində bildirilir.

Sent-Endryus Universitetinin strateji tədqiqatlar professoru Fillips O`Brayen və Britaniya Hərbi Akademiyasının keçmiş rəhbəri, təqaüddə olan aviasiya marşalı Edvard Strinqer öz fikirlərini qeyd ediblər.

Onlar təklif edirlər ki, Trampın prezidentliyi dönəmində NATO ABŞ hərbi rəhbərliyi olmadan qala bilər.

Ekspertlər proqnozlaşdırıblar ki, Avropa paytaxtları Ukraynaya görə tez bir zamanda bir-birinə qarşı çıxa bilər. Məqalədə izah edilir ki, Mərkəzi və Şərqi Avropa ölkələri Ukraynanın sağ qalması üçün öhdəliklərini ikiqat artırsa, o zaman bir çox Qərbi Avropa ölkələri qərara gələ bilər ki, ABŞ bu ölkədən çıxsa, ən yaxşı nəticə Ukraynanı Rusiyaya əhəmiyyətli güzəştlər etməyə məcbur etməkdir.

Seçilən
118
publika.az

1Mənbələr