AZ

Bank Olmayan Kredit Təşkilatı 6 ayda 3,3 milyon manat qazanıb - XALİS MƏNFƏƏTİ 1,8 DƏFƏ ARTIB

Bank Olmayan Kredit Təşkilatı (BOKT) "İnternational" ASC 2024-cü ilin birinci yarısını (yanvar-iyun) 3 milyon 281 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı 2023-cü ilin birinci yarısını 1 milyon 842 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "İnternational" ASC-nin xalis mənfəəti 2024-cü ilin birinci yarısında 2023-cü ilin birinci yarısı ilə müqayisədə 1,8 dəfə artıb. Xalis mənfəətin artması faiz və qeyri-faiz gəlirlərinin artmasından qaynaqlanır. HƏmçinin, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyata ayrılan vəsaitin azalması da mənfəətə artırıcı təsir göstərib. 

GƏLİRLƏRİ ARTIB

Marja.az xəbər verir ki, BOKT "İnternational"ın faiz gəlirləri 2023-cü ilin ilk 6 ayında 5 milyon 759 min manat, qeyri-faiz gəlirləri 1 milyon 425 min manat ikən, 2024-cü ilin ilk 6 ayında faiz gəlirləri 7 milyon 81 min manata, qeyri-faiz gəlirləri isə 2 milyon 18 min manata yüksəlib (cəmi əməliyyat gəlirləri 1 milyon 915 min manat artıb). 

KREDİT PORTFELİ BÖYÜYÜB

BOKT "İnternational" ASC-nin kredit portfeli (müştərilərə verilən kreditlər) 2023-cü ilin 30 İyun tarixi ilə müqayisədə 4 milyon 648 min manat və ya 17% artaraq 30 İyun 2024-cü il tarixində 32 milyon 23 min manata çatıb. 

Qeyd edək ki, 30 İyun 2024-cü il tarixində 323 nəfər işçisi olmuş  BOKT "İnternational" ASC-nin yeganə səhmdarı (100%) Həsənov Rifat Vaqif oğludur.

international asc bank olmayan kredit təşkilatı rifat həsənov mənfəət gəlir
Seçilən
110
marja.az

1Mənbələr