AZ

“Durov Telegram-ın şifrələmə açarlarını Fransaya vermiş ola bilər” – Medvedyev

Paris hava limanında saxlanılan Telegram messencerinin təsisçisi Pavel Durov şifrələmə açarlarını Fransa kəşfiyyat xidmətlərinə ötürə bilər.

Musavat com Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

Medvedyev bildirib ki, 2010-cu illərdə Durovla görüşü zamanı o, sahibkara Telegram-ın şifrələmə açarlarından “gec-tez imtina etməli olacağı” barədə xəbərdarlıq edib. İş adamı cavab verib ki, heç vaxt belə etməyəcək.

Təhlükəsizlik Şurasının sədr müavini Telegram-ın təsisçisinin Fransa hakimiyyəti tərəfindən güclü təzyiqə məruz qalacağı təqdirdə şifrələmə açarlarını bu ölkənin xüsusi xidmət orqanlarına vermiş ola biləcəyinə ehtimal edir. "Əgər onun həyatı xoşagəlməz olsa (bunun üçün ilkin şərtlər var), onun başqa yolu qalmayacaq”, - Medvedyev vurğulayıb.

Bundan əvvəl Medvedyev Durovun həbsinin siyasi təqiblərə bənzədiyini bildirib. Onun sözlərinə görə, Rusiya hökumətinin nümayəndələri belə qərarlara nəzarət etməlidirlər.

Durov avqustun 24-də Paris hava limanında saxlanılıb. O, dörd gün həbsdə qalıb və məhkəməyə gətirilib. İş adamı məhkəmə nəzarətinə götürülüb və onun Fransadan çıxmasına qadağa qoyulub.

Müstəntiqlərin fikrincə, sahibkar Telegram vasitəsilə həyata keçirilən qanunsuz hərəkətlərdə şərikdir.

Musavat.com

 

Seçilən
140
musavat.com

1Mənbələr