“Əgər bizim tərbiyəçimiz televiziyadırsa, onda atamızı-anamızı neyləyirik, elə hamı inkubator kimi böyüsün”.
Yenicag.az xəbər verir ki, bu sözləri şairə, aparıcı Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.
O, “televiziya tərbiyəçi rolu oynamalıdır” fikrinə qarşı çıxıb:
“Şəhərdə sorğu keçirirlər, hamı deyir, tərbiyə aşılayan verilişlərə baxmaq lazımdır.
Çoxdanıncı illərdə – televiziya, radio, sosial şəbəkələr olmayanda uşağı kim tərbiyə edirdi? Qanında xarablıq olmayanı, şəxsiyytində pozğunluq olmayanı cəmiyyət niyə poza bilər ki?
Televiziya niyə tərbiyə yeri olmalıdır, sən deyənlə çalıb-oynamalıdır? Atamız-anamız hara baxır ki, bizi tərbiyə edir.
Tərbiyə insanın evindən gəlir. Evindən gələn köklü tərbiyəni cəmiyyət korlaya bilməz. Əgər bizim tərbiyəçimiz televiziyadırsa, onda atamızı-anamızı neynirik, elə hamı inkubator kimi böyüsün. Televizyanı da qoysunlar qabağına, desinlər, yetiş”.
Nehru