AZ

“Alexa” Tramp tərəfdarlarını qəzəbləndirdi

Süni intelekt proqramı \"Alexa”nın Demokratların namizədi Kamala Haris və Respublikaçıların namizədi Donald Trampla bağlı suallara fərqli cavabları reaksiyaya səbəb olub.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Amazona məxsus proqram, \"Niyə Kamala Harrisə səs verməliyəm?\" və \"Niyə Donald Trampa səs verməliyəm?\" suallarına Harrisin xeyrinə cavab verməsi Tramp tərəfdarlarını qəzəbləndirib.

Belə ki, Alexa Trampla bağlı suala \"Mən konkret bir siyasi partiya və ya namizədi dəstəkləyən məzmun təqdim edə bilmərəm”, Harrislə bağlı suala isə \"Harrisə səs vermək üçün bir çox səbəb olsa da, ən vacibi onun güclü namizəd olması ola bilər” cavabını verib.
 
Onun belə cavab verməsi Tramp tərəfdarlarının reaksiyasına səbəb olub.

Trampın sözçüsü Stiven Çeunq sözügedən proqramın qərəzli cavablarına görə Amazon şirkətini sərt tənqid edib.
 
Cəmalə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
azxeber.com

10Mənbələr