AZ

Millimizin rəqibinin futbolçusu “Real”ın diqqət mərkəzində

İspaniyanın “Real” klubu Azərbaycanın Millətlər Liqasında rəqibi olan İsveçin hücumçusu Viktor Qyökereslə maraqlanır.

İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

25 yaşlı futbolçunun qarşıdakı transfer dönəmlərinin birində Madrid klubuna transfer olması gözlənilir. “Transfermarket” portalına görə, forvardın transfer dəyəri 65 milyon avrodur.

Qeyd edək ki, Qyökeres Portuqaliyanın “Sportinq” klubunun şərəfini qoruyur. O, Lissabon klubunun heyətində meydana çıxdığı 55 matçda 50 qolla yadda qalıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
idman.biz

1Mənbələr