AZ

Şahruddin "Qarabağ"da qalır, amma...

"Qarabağ" Avropa Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim etdi.

Ölkə.az offsideplus.az-a istinadən xəbər verir ki, "köhlən atlar"ın siyahısında Hamidu Keyta, Redon Cica və Şahruddin Məhəmmədəliyev yer almayıb. Millimizin qapıçısının adının iştirak ərizəsində olmamasının səbəbi bəllidir. 30 yaşlı qolkiper zədəlidir. Futbolçunun müalicəsi ən yaxşı halda hələ 1 ay davam edəcək. Bundan sonra isə bərpa olunmaq üçün fərdi məşqlərə başlayacaq. Yəni, Şahruddin ən yaxşı halda dekabrda yaşıl meydanlara qayıda biləcək. Qurban Qurbanov AL-də heyətdə problem yaşamamaq üçün onun adını iştirak ərizəsinə salmayıb.

Bəs, millimizin əsas qolkiperi "Qarabağ"dan ayrılacaq? Məsələ ilə bağlı redaksiyamıza informasiya daxil olub. Şahruddinin komandadan ayrılıb-ayrılmaması həm özündən, həm də digər qapıçılar - Mateuş Koxalski və Fabian Buntiçdən asılıdır. Şahruddin zədədən qayıtdıqdan sonra adları çəkilən futbolçularla rəqabət aparmaq istəsə, komandada qalacaq. Lakin millimizin üzvü "Qarabağ"dan ayrılmaq və icarəyə göndərilmək istəsə, ona problem yaradılmayacaq.

Qeyd edək ki, mövsümün əvvəlində Şahruddinlə 1 illik müqavilə imzalanıb. 

Seçilən
83
2
olke.az

3Mənbələr