AZ

Hansı deputatlara ev verilə bilər? — AÇIQLAMA

Ümumiyyətlə, regionlarda Milli Məclisi təmsil edəcək deputatlara Bakıda kirayə haqqı verilir. Bu da dövlət tərəfindən təmin olunur. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib. O deyib ki, onların Bakıda fəaliyyət göstərdiyi müddətdə elə bir problemi yoxdur:



“Amma ayrı-ayrı qaydalarla müraciət edildikdə onların mənzillə təmin olunması məsələsinə baxıla bilər. Əvvələr konkret məclis üçün hansısa bir bina tikintisi ilə başqa məsələlər kooperativ  formada həyata keçirilirdi. İndi isə bu  yoxdur. Ona görə də bu məsələyə fərdi qaydada baxıla bilər. Əgər xüsusi zəruri ehtiyacı olan şəxslər varsa, bu mümkün ola bilər. Amma bütün hallarda istənilən rayondan təmsil olunan millət vəkillərinin Bakıda kirayə mənzildə qalma vəsaitini dövlət büdcəsi hesabına ödənilir və bununla bağlı əlavə müavinət verilir”.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
demokrat.az

1Mənbələr