AZ

“Fələstinə dəstək və yardım məsələsində Misiri tək qoymamalıyıq” - Hakan Fidan

"Misir Fələstin və Qəzza məsələsində ön xətt ölkəsidir. Onlar bu məsələnin həm qurbanı, həm də tərəfləridir. Qəzzəyə humanitar yardım, Qəzzada müharibənin dayandırılması kimi mövzularda böyük rol oynayırlar".

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Priştinada kosovalı həmkarı Donika Gervalla-Şvars ilə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

O, Misirin Rəfah Sərhəd Qapısı açıq olduğu zaman Qəzzaya yardımın çatdırılmasında böyük rol oynadığını vurğulayıb.

Fidan bildirib ki, Fələstinə dəstək və yardım məsələsində Misiri tək qoymamalıyıq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
105
3
missiya.az

10Mənbələr