Kərəm Aktürkoğlunun Portuqaliya klubu “Benfika”ya transferindən sonra, “Qalatasaray”ın yeni kapitanının adı məlum olub. İstanbul nəhəginin kapitanlıq sarğısını komandanın təcrübəli müdafiəçisi Kaan Ayhan daşıyacaq.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kaan Ayhan “Qalatasaray”ın heyətində ən çox meydana çıxan oyunçulardan biridir. Futbolçu klubla 59 oyuna çıxıb və 2 qolla yadda qalıb.
Qeyd edək ki, Kərəm Aktürkoğlu superkubok finalında “Beşiktaş”a qarşı alınan biabırçı məğlubiyyətdən sonra kapitanlıqdan uzaqlaşdırılmışdı. Futbolçu buna cavab olaraq, klubdan ayrılıb. azal vakansiya
Telegram kanalımız