AZ

Erməni məktəbləri rus dilindən imtina edir, bizdə isə rusbaşların sayını artırmaq üçün rus məktəbləri "əl-qol açır"

Ermənistanda 2024-2025-ci tədris ilində orta məktəblərdə rus dilinin tədrisi məhdudlaşdırılıb. Başqa sözlə, erməni məktəblərinin 2, 5 və 7-ci siniflərində yeni dövlət təhsil standartı tətbiq edilib. Bu barədə “Sputnik Ermənistan” xəbər verib. Hələ yay aylarında Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bütün məktəblərə xarici dillərin tədrisi ilə bağlı sirkulyar göndərib.

Ermənistanın dövlət standartına əsasən rus dili hələ də tədris olunan ilk və məcburi xarici dildir, lakin sirkulyarda hər şey fərqlidir: təhsil müəssisələrində bir sıra siniflər üçün rus dili əsas dil statusundan istəyə bağlı xarici dil statusuna keçib. Eyni zamanda hər bir xarici dil üçün həftədə 2 saat vaxt ayrılır.

Yəni, “Rus dili” fənni yalnız 4, 9-cu siniflərdə həftədə 3 saat, 11 və 12-ci siniflərdə isə həftədə 2 saat keçirilib. 2, 3, 5, 6, 7, 8 və 10-cu sinif şagirdləri üçün ayrıca “Rus dili” fənni yoxdur. “Xarici dil 1” və “Xarici dil 2” fənləri var.

Bir sıra rusdilli ekspertlər “Sputnik Armeniya”ya bildirirlər ki, bu il olmasa da, növbəti illərdə “rus dili”nə həsr olunmuş dərslər azaldılacaq və məktəb proqramından tamamilə çıxarılacaq.

Ülviyyə, Hurriyyet.az

Seçilən
162
hurriyyet.az

1Mənbələr