AZ

Niderlandın müdafiə naziri: Sülh və təhlükəsizliyi təmin etmək üçün ölkənin müdafiə büdcəsi artırılmalıdır

Niderlandın

Amsterdam, 6 sentyabr, AZƏRTAC

Niderlandın müdafiə naziri ölkədə sülh və təhlükəsizliyi qorumaq üçün müdafiə büdcəsinin artırılması və Avropada silahlı münaqişə təhlükəsinin çox real olması, onun davamlı irəliləməsi ilə bağlı xəbərdarlıq edib.

“Biz Niderlandda sülh şəraitində yaşayırıq, amma əslində bu, artıq belə deyil. Biz boz zonada yaşayırıq: nə müharibə, nə sülh. Davamlı kiberhücumlar olur və biz hər gün izlənirik”, - deyə Niderlandın müdafiə naziri Ruben Brekelman Amersfort şəhərində Bernhard kazarmasında müdafiə ilə bağlı rəsmi memorandumun təqdimatı zamanı deyib. “Avropada silahlı münaqişə təhlükəsi realdır və bu, ilk növbədə, Ukraynadakı müharibə və Yaxın Şərqdə artan gərginliklə bağlıdır”, - deyən R.Brekelmanın fikri memorandumda da yer alıb.

Memorandumda hərbi xidmətə çağırış sisteminin yenidən aktivləşdirilməsi də təklif edilir və bildirilir ki, yalnız peşəkar əsgər və ehtiyatda olan hərbçilərə əsaslanan hazırkı model təhlükəsizlik problemləri qarşısında kifayət etməyəcək.

Sənədə əsasən, ölkə silahlı qüvvələrinə yeni texnika almaq, qoşunların sayını artırmaq və kibertəhlükəsizliyi gücləndirmək üçün hər il əlavə 2,4 milyard avro (2,66 milyard dollar) xərcləyəcək.

Təxminən 50 Leopard 2A8 tankı, 6 əlavə F-35 döyüş təyyarəsi, iki əlavə sualtı döyüş freqatı, donanma üçün daha çox helikopter və çoxlu sayda müxtəlif hərbi sursatlar nəzərdə tutulan texnikanın alınması siyahısındadır. Əlavə edilib ki, bununla da, ölkə ÜDM-in ən azı 2%-ni müdafiəyə xərcləyərək NATO-nun tələbini yerinə yetirəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
azertag.az

1Mənbələr