AZ

Dondurulan qidalardakı böyük təhlükə... - Qida mütəxəssisi

Dondurulmuş qidalara gündəlik tələbat artıb. İnsanlar vaxt azlığından bu növ məhsulları almalı olurlar. Mağazalarda dondurularaq satılan ət, xəmir yeməkləri, meyvə-təzəvəzlərin müxtəlif çeşidlərdə olur. Ev şəraitində də təzə məhsullar dondurularaq digər mövsümlərdə istifadə üçün saxlanılır. Bəs, bu məhsullardan istifadə edərkən nələrə diqqət edilməlidir? Dondurulduqda qida dəyərini itirirmi?

Teleqraf.com-a açıqlamasında qida mütəxəssisi Məhsəti Hüseynova diqqət yetirilməsi vacib olan məqamlardan danışıb.

“Hər məhsulun öz saxlama rejimi var. Onların paketləri cırılmamış, əzilməmiş olmalıdır. Əgər paketlər pozulubsa, üzərindəki məhsullar tam görünmürsə, bu məhsulun yanında buz hissəcikləri varsa, bu o deməkdir ki, həmin məhsulun donu açılıb, yenidən donub. Bu məhsul artıq keyfiyyətli sayılmır. Bəzi qidalar dondurularkən enerji dəyərini itirir. Bəziləri isə keyfiyyətini saxlayır.

Dondurulan qidaların şərait və temperatur rejiminə əməl olunmalıdır. Əks halda, həmin məhsulun tərkibində mikroorqanizmlər, bakteriyalar arta bilər. Xüsusilə mağazalardan dondurulmuş məhsulları alarkən, onların paketlərinə diqqət etmək lazımdır”.

Mütəxəssis düzgün dondurulduqda dəniz məhsullarının, o cümlədən balığın qida dəyərini itirmədiyini deyir:

“Ət və zülal tərkibli məhsullar dondurulduqda onların donu yalnız 1 dəfə açıla bilər. Ətin dondurulmasında diqqət edilməsi vacib məqamlardan biri də onun ətrafının hava daxil olmayacaq şəkildə saxlanılmasıdır. Tərəvəzlərin isə tərkibinin 80 faizi sudan ibarətdir. Düzgün şəkildə donmadıqda zəhərlənməyə səbəb ola bilər.

C vitamini ilə zəngin bir çox meyvələr var ki, dondurulduqda tərkibi dəyişir. Dondurulmuş qidalar yalnız bir dəfə əridilməklə istehlak edilməlidir. Əks halda, zəhərlənməyə səbəb ola bilər.


Müəllif: Şəbnəm Zahir
Seçilən
106
1
teleqraf.com

10Mənbələr