AZ

Tramp prezident seçilsə, Maska verəcəyi vəzifəni açıqladı


Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, “Tesla” və “SpaceX”in sahibi milyarder himayədarı İlon Maska hansı vəzifəni təklif edəcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp rəhbərlik etdiyi hökumətin səmərəliliyini artırmaq üçün komissiya yaradacağını və bu komissiyanın İlon Maskın rəhbərliyi altında fəaliyyət göstərəcəyini bildirib.
“Məni tam dəstəkləyən İlon Maskın təklifi ilə hökumətin səmərəliliyi ilə bağlı komissiya yaradacağam. O, tam maliyyə auditi aparacaq və bütün federal hökumətin fəaliyyətini nəzərdən keçirəcək və köklü islahatları tövsiyə edəcək. Çünki bu, belə davam edə bilməz”, - deyə Tramp Nyu-York İqtisadi Klubunda çıxışı zamanı qeyd edib.
“Reuters” məlumatlı mənbələrə istinadla xəbər verir ki, keçmiş ABŞ prezidenti artıq bir neçə həftədir ki, öz köməkçiləri ilə hökumətin səmərəliliyini artırmaq üçün komissiya yaratmaq ideyasını müzakirə edir. Ancaq o, ilk dəfə bu ideyanı Nyu-York İqtisadi Klubundakı çıxışında açıq şəkildə elan edib.
Tramp həmçinin ilk dəfə Maskın bu komissiyaya rəhbərlik etməyə razılaşdığını bildirib.
Ancaq o, belə bir komissiyanın necə fəaliyyət göstərəcəyini dəqiq açıqlamayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
yeniavaz.com

1Mənbələr