AZ

Şair Gəray Göyyurdun yeni kitabı təqdim olundu – FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və Gədəbəy Rayon Mədəniyyət  müəsissələrinin təşkilatçılığı ilə sentyabrın 5-də Gədəbəy rayonunun Aşıqlar Məktəbində şair Gəray Göyyurdun hörmətli Prezidentimiz İlham Əliyev cənablarına həsr olunmuş "Zəfər sənin  zəfərindi, Sayın Ali Baş Komandan" adlı yeni şeir kitabının təqdimatı və 60 illik yubiley tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, şair müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə, şanlı zəfərimizə, Qarabağda gedən möhtəşəm quruculuq işlərinə, Türk-Azərbaycan dostluğuna, çox hörmətli Ali Baş Komandanımız İlham Əliyev cənablarına həsr etdiyi şeirlərini və poemalarını Gədəbəy rayon ictimaiyyətinə çatdırıb, aşıqlarımız şairin şeirlərini ifa ediblər. 

Gəray Göyyurdun "İki qardaş, iki Cumhurbaşqanı" adlı şeiri aşıqlarımızın ifasında alqışlarla qarşılanıb. Kitab şair tərəfindən tədbir iştirakçılarına hədiyyə olunub.




Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
bizim.media

2Mənbələr