AZ

"Avropa Şurasının sədri kimi Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyirik" - Viktor Orban

Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlər çox yüksək səviyyədədir, həmişəkindən daha yaxşıdır.

Bunu "Report"a açıqlamasında Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Düşünürəm ki, onlar hər zamankından daha yaxşıdır. Biz yəqin ki, enerji resurslarınızın ikinci ən böyük alıcısıyıq. İndicə ölkənizdən Avropa ölkələrinə, o cümlədən Macarıstana “yaşıl enerji” idxalına dair saziş imzalamışıq. Ona görə də hesab edirəm ki, Azərbaycan gələcəkdə əhəmiyyətli ölkədir”, - o bildirib.

Avropa İttifaqı ilə münasibətlərə gəlincə, Viktor Orban qeyd edib ki, Avropa Şurasının sədri kimi Macarıstan Azərbaycanla daha da güclü, strateji əməkdaşlığın qurulmasını dəstəkləyir:

“Azərbaycan artıq Avropa ilə sıx əməkdaşlıq edir, enerji təchizatı sayəsində strateji cəhətdən əsas ölkəyə çevrilib. Ona görə də biz Avropa Şurasının sədri kimi Azərbaycanla əməkdaşlığın gücləndirilməsini dəstəkləyirik”.

Seçilən
105
8
azpolitika.info

8Mənbələr