Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində müxtəlif vaxtlarda oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıblar. Məlumatı DİN mətbuat xidməti yayıb.
Belə ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 2-də 11-ci mikrorayon ərazisində yerləşən marketdə bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Y.Şərifov, 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə “KİA” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən C.Qarayev, 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə 1-ci mikrorayon ərazisində yerləşən köşklərin birindən 850 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən S.Cəbrayılov saxlanılıb.
Hər üç faktla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ