AZ

Finlandiyada Azərbaycanla Ermənistanın münasibətlərindən bəhs edən məqalə dərc olunub

Bakı. Trend:

Finlandiyanın “Naapuriseuran Sanomat” saytında ErmənistanınAzərbaycana qarşı mina terrorundan, Qarabağ münaqişəsinintarixindən və torpaqlarımızın azadlığı uğrunda mübarizədən,Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasıistiqamətində atılan addımlardan bəhs edən məqalə dərc olunub.

Trend xəbər verir ki, məqalənin müəllifi Qərbi Avropaİttifaqının Parlament Assambleyasında Finlandiya nümayəndəheyətinin rəhbərinin sabiq müavini, politoloq Jaakko Laaksodur.

Məqalədə 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusununtorpaqlarımızı işğaldan azad etməsi, antiterror əməliyyatı iləsuverenliyimizin təmin olunması, həmçinin bu müddətdə TürkiyəninAzərbaycana böyük siyasi dəstəyi vurğulanıb.

Finlandiyalı siyasətçi Birinci Qarabağ müharibəsi zamanıazərbaycanlıların ermənilər tərəfindən öz yurd-yuvalarından zorlaqovulması, didərgin salınması, qaçqın və məcburi köçkünə çevrilməsiməsələlərinə toxunub.

Azərbaycanın humanistlik göstərərək Qarabağda yaşayan ermənilərəhüquqlarının qorunması və tolerant cəmiyyətdə yaşamaları üçünyaratdığı şəraitə diqqət çəkib.

Jakko Laakso məqaləsində işğaldan azad olunmuş ərazilərdəaparılan bərpa və yenidənqurma işlərindən, məcburi köçkünlərin özevlərinə qayıtmasından da bəhs edib.

Məqalədə Azərbaycanın Cənubi Qafqazda sülhün, əmin-amanlığın,xalqlar arasında mehriban qonşuluq münasibətlərinin yaranmasına hərzaman sadiqlik nümayiş etdirdiyi göstərilib.

Ermənistanın işğal etdiyi ərazilərin minalardan təmizlənməsininuzun illər çəkəcəyi, böyük maliyyə vəsaiti tələb olunduğu, minaxəritələrinin verilmədiyi haqqında geniş yazılıb.

Qeyd edək ki, Qərbi Avropa İttifaqının Parlament AssambleyasındaFinlandiya nümayəndə heyətinin rəhbərinin sabiq müavini, politoloqJakko Laakso “Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti”nintəşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi iləcari ilin 20-24 avqust tarixində Finlandiyalı nümayəndə heyətinintərkibində ölkəmizə səfər edib. Səfər çərçivəsində bir çoxqurumlarla görüşlər keçirilib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://naapuriseura.fi/vuoristo-karabahia-piinaa-miinaongelma/

Seçilən
25
az.trend.az

1Mənbələr