AZ

Azərbaycan-İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir - AÇIQLAMA

Azərbaycan-İtaliya münasibətləri Azərbaycan müstəqil dövlət olandan bəri dinamik inkişaf etmişdir. Müxtəlif sahələrdə çox ciddi əlaqələrimiz var. Azərbaycanda böyük İtaliya şirkətlərinin fəaliyyəti daim təqdirəlayiq qəbul olunur. Əsas məqam ondan ibarətdir ki, istər neft sahəsində, istər bərpa olunan enerji sahəsində, istərsə də digər istiqamətlərdə iqtisadiyyatın şaxələnmiş formasında bizim İtaliya ilə çox ciddi münasibətlərimiz var.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin məhz İtaliyaya işgüzar səfəri və məhz böyük şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlər bir daha göstərir ki, Avropa Birliyinə daxil olan ən mühüm dövlətlərdən biri olan İtaliya Azərbaycanla münasibətləri dostluq münasibətləridir, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısını ala biləcək dövlət kimi daima Azərbaycanı qəbul edir.

A.Nağıyev vurğulayıb ki, məhz bu səfərdən sonra Azərbaycan-İtaliya münasibətləri daha da müsbət istiqamətdə inkişaf edəcəkdir.

“İtaliya Avropa Birliyinə daxil olmaqla bərabər, Azərbaycanı beynəlxalq səviyyədə dəstəkləyən mühüm dövlətlərdən biridir və Azərbaycan da İtaliyanı belə qəbul edir. Buna görə də məhz Azərbaycan-İtaliya münasibətləri daima inkişaf edib”, - deyə millət vəkili qeyd edib.

Digər müsahibimiz, millət vəkili Fazil Mustafa deyir ki, İtaliya heç vaxt Almaniya və Fransa kimi bəzi məsələlərdə Azərbaycan əleyhinə kampaniyalarda iştirak etməyi nəzərdə tutmur və Azərbaycanın da ən çox neft ixracını həyata keçirdiyi ölkələrdən biridir.

“Eyni zamanda, bizim mədəni əlaqələrimiz də genişdir. İtaliya da bunu hər zaman diqqətdə saxlayır. Prezident İlham Əliyevin İtaliyaya səfəri Avropa Birliyinin ən önəmli ölkələrindən biri ilə ikitərəfli əməkdaşlıq baxımından olduqca vacib istiqaməti nəzərdə tutur. Çünki Avropa Birliyi içərisində İtaliyanın təsir imkanları kifayət qədər genişdirBiz də bu əlaqələri daha da genişləndirmək xəttini götürmüşük.

Prezidentin də ikitərəfli əməkdaşlıq istiqamətində çalışmaları yəqin ki, öz bəhrəsini verəcəkdir. Çünki İtaliya elə bir ölkədir ki, burada müəyyən parametrlərlə müstəqil siyasi kurs izləmə ənənəsi güclüdür

Bu baxımdan da, ölkə prezidentinin bu səfərini əlaqələrin inkişafından başqa, həm də Avropada Azərbaycanla bağlı siyasətin parametrlərinin yaxşıya doğru dəyişməsi üçün vacib və mühüm əhəmiyyət daşıyır”, - deyə deputat vurğulayıb.

Aminə Nəzərova


Seçilən
140
50
azia.az

10Mənbələr