Kayseridə qadın iş yerində güllələnərək öldürülüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Kayserinin Mimarsinan Mütəşəkkil Sənaye Bölgəsində, 5-ci küçədə fabrikdə işləyən qadın ov tüfəngi ilə vurularaq həyatını itirib. Hadisə H.G. ilə iş yoldaşı M.B. arasında yaranan mübahisə zamanı baş verib. Mübahisə getdikcə davaya çevrilib. Bu zaman M.B ov tüfəngindən H.G-yə atəş açıb. O daha sonra hadisə yerindən qaçıb.
Məlumat üzərinə dərhal hadisə yerinə təcili tibbi yardım və polis sövq edilib. Təcili tibbi yardım əməkdaşlarının müayinəsi zamanı H.G-nin hadisə yerində öldüyü müəyyən edilib. Qadının cəsədi incələnmə üçün tibbi ekspertizaya göndərilib.
Polis qətli törədən M.B.-nin tutulması üçün genişmiqyaslı araşdırma başladıb. Hadisə ilə bağlı istintaq davam edir.