Azərbaycanın “Birbaşa Bakı” komandası Polşanın paytaxtı Varşavada təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında keçirdiyi ikinci oyunda qələbə qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, təmsilçimiz “Livorno” (İtaliya) ilə qarşılaşıb.
Görüş "Birbaşa Bakı"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, təmsilçimiz ilk görüşdə İspaniyanın "Malaqa" kollektivi ilə heç-heçə edib - 2:2. Komanda bu gün növbəti görüşünü saat 21:00-da "BKMK Brno"ya (Çexiya) qarşı keçirəcək.