NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın müdafiəsini gücləndirmək və davamlı dəstəyi müzakirə etmək üçün Osloda Norveçin Baş naziri Jonas Gahr Store ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə NATO rəsmi saytında məlumat yayılıb.
Stoltenberq Norveçin Alyansdakı mühüm rolunu, o cümlədən Norveçin müdafiə xərclərini artırmasını yüksək qiymətləndirib.
Baş katib Norveçin Ukraynaya uzunmüddətli öhdəliyini və qabaqcıl hava hücumundan müdafiə sistemi, F-16 qırıcıları təqdim etməsini alqışlayıb. O, bütün müttəfiqləri “xüsusilə bu çətin mərhələdə dəstəyini davam etdirməyə” çağırıb və müharibəni bitirməyin ən sürətli yolunun Ukraynaya silah vermək olduğunu vurğulayıb.