AZ

Ruslar Pavloqrada hücum edib: ölənlər və çoxlu sayda yaralı var

Ruslar

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə hücum edib. Hücum zamanı bir nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Reyting.az
xəbər verir ki, bunu Dnepropetrovsk hərbi administrasiyasının sədri Sergey Lısak bildirib.

“Təəssüf ki, Pavloqradda ölənlərin sayı artmaqdadır. Hazırda xəstəxanada 9 yaşlı qız da var. 9 yaşlı qızdan başqa, 11 və 4 yaşlı oğlanlar da xəstəxanaya aparılıb və ikisinin vəziyyəti ağırdır. Onları xilas etmək üçün hər şeyi edirik”,- S. Lısak deyib.

Onun sözlərinə görə, şəhərdə bir neçə yanğın hadisəsi baş verib:

“Hündürmərtəbəli binalardan birində mənzil yanıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüb və beş nəfəri xilas ediblər”.

Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Donetsk vilayətindən Pavloqrad istiqamətində yüksək sürətli hədəfin vurulması barədə məlumat verib və şəhər sakinləri sığınacaqlara getməyə çağırılıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Voronej və Rostov vilayətlərindən 5 ədəd “İskəndər-M/KN-23” ballistik raketi ilə Pavloqradı vurub.

V. QULİYEV
Seçilən
101
reyting.az

1Mənbələr