AZ

Medvedev: “Fransa imicini korlamamaq üçün Durovu buraxmalı olacaq”

Fransa hakimiyyəti onların nüfuzuna xələl gətirməmək üçün “Telegram”ın təsisçisi Pavel Durovu azad etməyi düşünməlidir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.

“Onsuz da Durov azad olunacaq, mənim heç bir şübhəm yoxdur. Sadəcə olaraq, onlar bütün bu pisliyi, bütün bu mənfi reaksiyanı öz üzərlərinə tökmək istəməyəcəklər”, - Medvedev bildirib.

Avqustun 24-də Durov Parisin Le Burje hava limanında saxlanılıb, avqustun 28-də Paris prokurorluğu ona qarşı 6 ittiham irəli sürüb. Sonradan isə o, 5 milyon avro məbləğində zaminə buraxılıb və hazırda məhkəmə nəzarətindədir. 

 

Sadiq Cavadov

Seçilən
89
iqtisadiyyat.az

1Mənbələr