AZ

"Fernandu Santuşla Canni De Byazini müqayisə etmək hələ çox tezdir"

Milli komandamızın İsveçə məğlubiyyətini gözləmirdim. Düzünü deyim, azından heç-heçəyə ümid edirdim. Oyunun əvvəlində də gördük ki, biz bu rəqibə qalib gələ bilərdi".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Zaur Həşimov deyib. O, milli komandamızın hazırkı durumunu dəyərləndirib və Millətlər Liqasının C1 qrupununu İsveçə qarşı keçirilmiş görüşü haqda da danışıb:

"Fernandu Santuşla Canni De Byazini müqayisə etmək hələ çox tezdir. Santuşun bu oyuna qədər cəmi iki gün vaxtı olub. O, Canni De Byazidən fərqli olaraq, heyət qurarkən eksperiment aparmadı. Hər futbolçuya öz mövqeyində şans verdi. Futbolçular da Fernandu Santuşun dediklərini yerinə yetirməyə çalışırdı. Penalti epizoduna gəldikdə, ilk yarısının tam sonu idi. Bu şansı boşa verməklə psixoloji üstünlüyü rəqibə vermiş olduq. İsveç də bundan məharətlə istifadə etdi".

Milli komandamız qrupdakı ikinci oyununu sentyabrın 8-də Slovakiyaya qarşı keçirəcək. Həşimovun fikrincə, millimizin səfər oyunu daha da çətin keçəcək: "Slovakiya ilə oyun İsveçə qarşı matçından daha da ağır olacaq. Komandamızın bəzi futbolçuları maksimum formasından çox uzaqdır. Bu amil Slovakiya ilə görüşdə də özünü daha da qabarıq biruzə verəcək. Bu Millətlər Liqasında Fernandu Santuşun futbolçuları daha yaxşı tanıyacaq. Onun öz fəlsəfəsini futbolçulara aşılaması üçün bu oyunlar vacib rol oynayacaq".

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
112
sportal.az

1Mənbələr