AZ

Qış aylarında yem bahalaşacaq, bu da ətin qiymətini... -İqtisadçıdan ŞOK PROQNOZ

Ətin qiymətində müşahidə olunan artım restoran menyularına da ciddi təsir edib...
Sherg.az Xezerxeber.az-a istinadla bildirir ki, restoran inzibatçıları deyirlər ki, menyunun tərkibində ət məhsullarına çox yer verildiyindən qiymətinin artması normal hesab olunur. Ətin yeni qiymətləri ilə menyunu köhnə qiymətdə saxlamaq restoran sahiblərinə sərf etmir. Bu səbəbdən də bəzi menyuların qiyməti 10-15 manat artıb.
Restoranlar arasında elələri də var ki, menyunun qiymətini stabil saxlamaq üçün müxtəlif üsullara əl atırlar. Onlardan biri də menyunun tərkibində dəyişiklik etməkdir.İnzibatçılar deyirlər ki, ətin qiymətindəki artım menyu qiymətlərinə təsir etdiyindən müştəri bazasında da ciddi azalma var.
Qeyd edək ki, son artımdan sonra dana ətinin 1 kiloqramı 15-19 manat, quzu ətinin isə 1 kiloqramı 20-25 manat arası təklif olunur.



Məsələyə münasibət bildirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının, xüsusilədə maldarlıq üzrə qiymətlərin bahalaşacağı gözlənilən idi:

“Azərbaycanda dizelin qiyməti bahalaşdıqdan sonra, fermer təsərrüfatlarında da məhsulların maya dəyəri, yəni xərcləri bahalaşdı. Xüsusilə də mal və qoyun ətinin qiymətində bahalaşma baş verdi. Buna səbəb yem tədarükü ilə bağlı xərclərin artmasıdır. Çünki texniki xərclərin artması nəticə etibarı ilə maya dəyərinin bahalaşmasına gətirib çıxarır. Bir sözlə fermerlər qiymətləri artırmağa məcbur oldular. Bu proses uzunmüddət davam edəcək. Yeni tarla mövsümündə, şumlama dövründə, xüsusilə də payız aylarında fermerlərin xərcləri artacaq. Qış aylarında isə yemlərin qiymətində ciddi şəkildə artımlar gözlənilir. Bu da nəticə etibarı ilə qiymətlərin bahalaşmasına səbəb olacaq".

Ekspert qeyd edib ki, dizel yanacağının bahalaşması fonunda Azərbaycan hökumətinin atmalı olduğu bir sıra addımlar var:
"Xüsusilə də maldarlıqla məşğul olan fermerlərə subsidiyaları artırmaq lazım idi. Yanacağın qiymətinin kompensasiya edilməsini gözləyirdik. Hökumət elə bir addım atmalı idi ki, həm qiymətlər bahalaşmasın, həm də fermerlərin xərci çox olmasın. Eyni zamanda biz nəzərə almalıyıq ki, Azərbaycanın mal əti tədarükü ilə bağlı göstəriciləri ildən ilə azalmaqdadır. Əslində biz idxal üzrə göstəricilərin bir neçə dəfə artdığını müşahidə edirik. Azərbaycana idxal edilən mal əti əvvəlki il ilə müqayisədə 2,5 dəfə çoxalıb. Bu isə onu göstərir ki, ölkədə iri buynuzlu maldarlıq təsərrüfarları sürətlə azalmağa başlayıb. Bunun da bir sıra səbəbləri var. Azərbaycanda örüş yerlərinin, digər əkinə yararlı torpaqların, xüsusilə pambıq sahələrinə çevrilməsi maldarlıqda yem qıtlığına gətirib çıxarıb. Ümumiyyətlə ölkədə xüsusi strateji əhəmiyyət daşıyan mal ətinin qiymətinin bahalaşması arzu olunan hal deyil. Hesab edirəm ki, hökumət mal və qoyun ətinin, xüsusilə də quşçuluq təsərrüfatlarının genişlənməsi, bu sahə ilə məşğul olan fermerlərin təşviq edilməsi üçün aşağı faizli kreditlər, subsidiyalar ayırmaqla bu sahəni ayaqda tuta bilər".

İqtisadçı ətin bahalaşmasının restoranlardakı menyu qiymətinin qalxmasına təsirindən də danışıb:
"Düşünürəm ki, behin verilməsi, və qiymətlərin razılışdırılması tərəflər arasında centlmen sazişi ilə özünü ifadə edir.  Yəni bu İki tərəf arasında olan məsələdir. Toy məclislərinin keçirilməsi ilə bağlı şadlıq sarayına verilmiş beh, razılaşdırılmış menyular var. Yəqin ki, restoran sahibləri vədlərinə əməl edərək qiyməti artırmayacaq. Ancaq həcm məsələsində müəyyən azalmalar baş verəcək”.
Seçilən
177
sherg.az

1Mənbələr