Ukrayna prezidenti Volodimir Zelenski Almaniyaya səfər edib. Elchi.az xəbər verir ki, o, ABŞ və Almaniyanın müdafiə nazirliklərinin rəhbərləri ilə görüşlər keçirəcək. Bundan əlavə, onun kansler Olaf Şolzla da danışıqları nəzərdə tutulub.“Der Spiegel” jurnalının məlumatına görə, Zelenski görüşdə yenidən müttəfiqlərdən Ukrayna Silahlı Qüvvələri üçün yeni silah təchizatı istəyəcək. Ukrayna liderinin özünün sosial şəbəkələrdə yazdığı kimi, “artıq elan edilmiş dəstək paketlərindən olan bütün silahların nəhayət döyüş briqadalarına daxil olması lazımdır”.Bundan əlavə, Zelenski uzaqmənzilli silah sistemlərinin tədarükündə israr etməyə davam edəcək. “Radiotochka NSN” Telegram kanalının məlumatına görə, Ukrayna prezidenti Almaniyadan sonra Ambrosetti beynəlxalq iqtisadi forumunda iştirak etmək üçün İtaliyaya gedəcək. Ölkə rəhbərliyi ilə danışıqların aparılması planlaşdırılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta