AZ

Nazir tanınmış futbolçunun ittihamına nə cavab verdi? – CİDDİ PROBLEM

İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska “Real”ın hücumçusu Vinisius Juniorun ölkədə irqçiliklə bağlı vəziyyət dəyişməsə, İspaniyanın 2030-cu il dünya çempionatına ev sahibliyi etməməli olduğunu deməsinə reaksiya verib.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, nazir, istənilən ayrı-seçkiliyə qarşı effektiv və birbaşa mübarizə apardıqlarını bildirib:

“Müxtəlifliyə hörmət etmək bizim DNT-mizin bir hissəsidir. Biz istənilən ayrı-seçkiliyə qarşı effektiv və birbaşa mübarizə aparırıq.

Bu, İspaniya hökumətinin və daxili işlər nazirliyinin prioritetlərindən biridir”.

Braziliyalı futbolçu bir müddət əvvəl irqi ayrı-seçkilik səbəbindən 2030-cu ildə keçiriləcək dünya çempionatının İspaniyada baş tutmasının mümkünsüzlüyünü dilə gətirmişdi.

Seçilən
98
4
sportinfo.az

5Mənbələr