AZ

Bayram Mikayılov indi də Naxçıvanı qarışdırır... - İTTİHAM VAR...

Keçən günlərdə Şərur Regional Tibb Mərkəzində baş verən, xüsusən də Bayram Mikayılovun buraya gəlişindən sonraya cərəyan edən olaylarla bağlı məlumatı təqdim etdik... Dia-az.İnfo bəzi məqamları xatırladır...Yazılar belə başlayırdı:""Şərur Regional Tibb Mərkəzində özbaşınalıq baş alıb gedir. Dövlət müəssisəsinə işçilər rüşvət əsasında alınır. Bununla bağlı ali orqanlara dəfələrlə məktub ünvanlamışıq, işlərə baxılmır. Təsərüfat işçiləri 4-5 min, tibb işçiləri 10 min, təcili tibbi yardima isə 12 min rüşvət verməklə işə daxil olmaq olur. Regional məkəzin direktoru Bayram Mikayılov qaranlıq keçmişi olan, dəfələrlə cinayət məsuliyətinə cəlb edilən kriminal şəxs olmağına baxmayaraq bu vəzifəyə təyin edilib..."SONUNCU YAZI BURADA:Bayram Mikayılovdan nazir də məmnundur, bəs digər dövlət qurumları? - HƏQİQƏTƏN DƏ...Yazının davamını Dia-az.İnfo olaraq diqqətinizə təqdim edirik:"Şərur Regional Tibb Mərkəzi Bayram Mikayılovun gəlişindən sonra açıq-aşkar korrupsiya yuvasına dönübdür. Regional Mərkəzdə idarəolunmaz bir vəziyyət yaranıb, xaos höküm sürür. Rüşvət üstündə şöbələr arasında , işçilər arasında az qala saçyolma vəziyyətinə qədər gəlinib-çıxılıblar. Bütün bunların səbəbkarı isə məhz yeni rəhbərlikdir... Bayram Mikayılov tərəfindən müəyyən şöbələrə artıq aylıq və həftəlik "TAS" təyin edilibdir. Poliklinika şöbəsi bütün bunlara etiraz olaraq rəsmən üsyan bayrağini aldırıb... Hər həkim başına aylıq qoyulan 300 manat pulu ödəməyəcəklərini bildiriblər onlar.Diş həkimləri Bayram Mikayılova çəkinmədən iradlarını bildiriblər ki, bu korrupsiya əməlindən əl çəkməzsə videomüraciətlə aidiyyatı orqanlara səslənəcəklər. Mikayılov öz planlarını həyata keçirmək üçün yerli həkimləri uzaqlaşdırır əvəzində Bakıdan və Azərbaycanın digər bölgələrindən əsasən işbilməz, olduqları yerdə iş tapa bilməyən həkimləri regional mərkəzə toplayır. Və öz tanışları üzərindən saxta xəstələr yazılaraq, dövlətə aid külli miqdarda pullar mənimsənilir və öz aralarında bölünür..."DAVAMI MÜTLƏQ VAR... bizi izləməyə davam edin...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
dia-az.info

1Mənbələr