AZ

Düzgün repetitor seçimi: Saxta reklamlardan necə qorunaq?

Valideynlər övladlarını imtahanlardan daha yaxşı nəticələr göstərməsi üçün tanıdıqları və ya onalara tövsiyə olunan repetitorların yanına qoyurlar. Bu seçim bəzən uğurlu olmur.

 

Belə ki, özünü yalandan reklam edən, lakin bilik və bacarığı yetəri qədər yüksək olmayan repetitorlar valideynlərdən yüksək məbləğlər tələb edirlər.

 

Mövzu ilə ağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, hazırkı təhsil proqramı ilə hazırlaşan abituriyentlərin yaxşı nəticələr göstərməsi çox çətindir:

 

“Abituriyentlərin çoxu 10-cu sinifdən ali məktəbə hazırlaşmaq üçün repetitorlara üz tuturlar. Bunun əsas səbəbi isə tərtib olunan buraxılış və qəbul imtahanlarına 5-ci sinifdən 11-ci sinfə qədər olan proqramın salınmasıdır. Bu isə 6 ilin dərs mövzusu deməkdir”.

 

Ekspertin sözlərinə görə abituriyentlər 6 ilin dərs proqramını yüksək səviyyədə öyrənməlidir ki, nəticələri yaxşı olsun:

 

“Təssüflər olsun ki, 5-ci sinifdə keçirilən fonetika, natural ədədlər və s. kimi mövzular yuxarı siniflərdə elə də dərindən keçirilmir. Bu isə təbii olaraq şagirdlər üçün yetərli deyil. Sinifdən-sinfə adlayan abituriyent aşağı sinifdə tədris edilən mövzuları unutmağa başlayır.

 

Ümumilikdə bizim tədris proqramı elə bir formadadır ki, abituriyentin özü hazırlaşması və yaxud orta məktəb dərslikləri ilə univeristetə müraciət etməsi mümkünsüzdür. Mütləqdir ki, əlavə dəstək alsınlar. Bu dəstək isə repetitor və hazırlıq kursalarından keçir. Tədris planı univeristetə hazırlıq istiqamətində düzəlsə, o zaman abituriyentlər əziyyət çəkməz, repetitorlara da ehtiyac qalmaz.

 

Azərbaycanda tanınmış repititor və hazırlıq kursları var. Abituriyent və valideynlər repetitor seçimini düzgün etməlidir. Çünki bəzən hazırlığa gedən abituriyentin nəticəsi heç də ürəkaçan olmur. Halbuki repetitoru “yaxşı oxuyur” deyib, bütün ili başa vurur ki, uşaq hazırlıqdan çıxmasın. Bu kimi hadisələr yaşanmasın deyə valideynlər övladlarından tez-tez sınaq imtahanlarında iştirak etməsini tələb etməli, nəticəsini dəyərləndirməlidirlər. Burada ən çox məsuliyyət valideynin üzərinə düşür.

 

Həmsöhbətimiz zəif repetitorları müəyyən etməyin yollarından danışıb:

 

"Bu gün sosial şəbəkələrdə özünü reklam edən, ancaq müəllimlik səviyyəsi o qədər də yüksək olmayan repetitorlar var. Əslində repetitor və müəllim seçimi ən gözəl nəticə, reklam ilə aparılmamalıdır. Valideyn reklama baxıb aladanmamalı, həmin müəllimin şagirdlərini araşdırmalı, onların nəticələrinə baxmalıdır. Əgər müəllimdə deyil, uşaqda potensial zəifliyi varsa, bunun üçün əlavə tədbirlər görülməlidir. Bunu dəqiq öyrənmək üçün valideyn həmin repetitorun hazırlaşdırdığı digər abituriyentlərin nəticəsini nəzərə almalıdır.

 

Etiraf etmək lazımdır ki, bu gün öz fənnini mükəmməl bir səviyyədə izah edən, yaxşı abituryent yetişdirən repetitorlar var. Yüksək bal toplayanların çoxu həmin müəllimlərin əsəridir”,- deyə ekspert qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
azedu.az

1Mənbələr