İsrailin Qəzzada Əbu Hüseyn məktəbinə hücumu zamanı yaralanaraq öldüyü zənn edilən 13 yaşlı Məhəmmədin cənazə namazında sağ olduğu məlum olub.
Publika.az xəbər verir ki, hücum nəticəsində atasını itirən Vesim Məhəmməd xəstəxanaya aparılarkən ikinci dəfə bombaların hədəfinə çevrilib.
Köçürüldüyü “Əl-Ehli Baptist” xəstəxanasında öldüyü güman edilən V. Məhəmməd cənazə namazı zamanı kəfəndə hərəkət edib. O, yenidən əməliyyat olunmaq üçün xəstəxanaya aparılıb.
Hücumlar nəticəsində bir ayağını itirən Vesim Xan Yunus şəhərində ailəsi ilə birlikdə sığındığı çadırda sağ qalmaq üçün mübarizəsini davam etdirir.