AZ

Avrozona iqtisadiyyatı böyüdü

Avrozona iqtisadiyyatı bu ilin ikinci rübündə rüblük müqayisədə 0,2% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın ümumi daxili məhsul (ÜDM) və məşğulluq məlumatlarını dərc edib.

Bildirilib ki, Avrozona iqtisadiyyaı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% artıb. Hesabat dövründə Aİ iqtisadiyyatı rüblük bazda 0,2%, illik bazda isə 0,8% artıb.

Bu dövrdə İrlandiya iqtisadiyyatı 1%, Latviya 0,9%, Avstriya 0,4%, İsveç 0,3%, Macarıstan 0,2% və Almaniya 0,1% azalıb, Fransa və İtaliya iqtisadiyyatı isə 0,2% artıb.

 

Gözəl Həşimova

Seçilən
89
iqtisadiyyat.az

1Mənbələr