AZ

Fransa Rusiya qazını satmaq üçün Aİ sanksiyalarından yan keçir

Fransa Aİ-nin sanksiyalarına baxmayaraq, Rusiya qazının alışını ikiqat artırır və təkrar ixracdan pul qazanır. Belə ki, Fransa Avropa İttifaqının indiki anti-Rusiya sanksiyalarına baxmayaraq, Rusiyadan enerji resurslarının alışını aktiv şəkildə artırır.

2024-cü ilin birinci rübündə Fransanın Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alışı iki dəfə artaraq 4,4 milyard kubmetrə çatıb. Bu, əvvəlki dövrlə müqayisədə 2 dəfə çoxdur. Bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Biriçevski bildirib.

Maraqlıdır ki, alınan LNG-nin əhəmiyyətli hissəsi təkrar ixrac üçün nəzərdə tutulub ki, bu da Fransaya təkcə daxili ehtiyacları ödəməyə deyil, həm də əlavə gəlir əldə etməyə imkan verir. Ekspertlərin fikrincə, bu, Parisin siyasi təzyiqlərə və iqtisadi məhdudiyyətlərə baxmayaraq, Rusiya qazından kommersiya platforması kimi fəal şəkildə istifadə etdiyini göstərir.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
hurriyyet.az

1Mənbələr