Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 59 milyon 282 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 362 min manat və ya 1% çoxdur.
2023-ci ilin yanvar-iyul aylarında bu göstərici 58 milyon 920 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 1 milyon 772 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 469 min manat və ya 45% azdır.
Keçən ilin eyni dövründə 3 milyon 241 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə əvvəlki illə müqayisədə 3% azalaraq 3% təşkil edib.