AZ

"Bu, əsl dəlilikdir, absurddur" - Bernardu Silva "partladı"

"Mançester Siti"nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardu Silva bir mövsümdə keçirdikləri oyun sayından şikayətlənib.

Fanat.Az xəbər verir ki, "Record" onun sözlərini belə çatdırıb:

"Belə təqvim əsl dəlilikdir. İngiltərə Liqa Kubokunun oyunu ərəfəsində cəmi 1 istirahət günümüz var. Ola bilsin ki, aylarla üçgündənbir oyun keçirəcəyik. Bu, absurddur. Hə, komandaların heyətlərində oyunçu sayı çoxdur. Ancaq yenə də asan deyil. Ailəm və dostlarımla çox az vaxt keçirirəm. İştirak etdiyimiz oyunların sayı sadəcə, absurddur".

Nihat    
  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
fanat.az

1Mənbələr