AZ

“Barselona” tarixin ən bahalı qiymətinə forma satır

“Barselona” klubun rəsmi saytında “blauqrana”nın yeni səfər formasının köynəyini 114,99 avro məbləğində satır.

Arena.az bu məlumat verir ki, eyni zamanda, Kataloniya təmsilçisinin azarkeşi futbol köynəyinin üzərinə adını və nömrəsini yazdırmaq istəsə, 184,99 avro məbləğində ödəniş etməli olacaq.

“Mundo Deportivo” nəşri xəbər verir ki, bu qiymətlər Kataloniya klubunun yeni formasını tarixin ən bahalı forması edir.

Vurğulanır ki, məsələn, “Real”ın əsas dəstinin futbol köynəyi “Barselona”nın köynəyindən 15 avro məbləğində ucuzdur. Bununla belə, adı və nömrəsi olan köynək də “Real” azarkeşlərinə 184,99 avro məbləğə başa gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
arena.az

1Mənbələr